AZ

Gənc əsgərlərin hazırlığından görüntülər - VİDEO

Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrinə yeni qəbul olunan gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir.

Müdafiə Nazirliyindən Day.Az-а bildirilib ki, gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq çağırışçılarla keçirilən fərdi hazırlıq məşğələlərində onlara nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də, sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir.

Bundan başqa, şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir, əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla yüksək kalorili, keyfiyyətli yeməklər hazırlanır.

Seçilən
73
9
Mənbələr
Şərh ()
Bağla