AZ

Bu il avrokuboklara getməmək olar… Sabah üçün dərs

Doqquz ilə yaxındır ki, Ayxan Abbasov Premyer Liqada çalışır.

«Turan Tovuz» onun üçüncü klubudur.

Buna kimi «Zirə» və «Sumqayıt»da işləyib, hamısında da nəticə verib.

O, bunu Tovuzda da edəcək. 30 ildir avrokuboklar üzü görməyən «Turan»ı bir gün qitə səhnəsinə çıxaracaq.

Mən buna adım kimi əminəm.

Abbasov işini biləndir, savadlıdır. Yüzdəyüz bir planı var, səbrlə onun icrasını həyata keçirəcək.

Ola bilsin ki, «Turan» bu il Biləcəridən o tərəfə keçməsin. Buna görə tovuzlu fanatlar məyus olmasın.

Əlbəttə, iştah diş altındadır. Şans yaranırsa, ondan istifadə məqbuldur. Lakin əldən çıxan fürsətə görə ruhdan düşmək də olmaz.

Qurban Qurbanovun bir yaxşı sözü var, heç vaxt yadımdan çıxmır. Bəzən uduzduqları oyundan sonra deyir ki, bu məğlubiyyət bizi böyüdəcək.

«Sumqayıt»la dünənki qarşılaşma da «Turan» üçün o oyunlardan biri sayılmalıdır. Heyətdəki itkilərə, mövqelər üzrə yerdəyişmələrə baxmayaraq, Ayxan Abbasovun 3 hücumçu ilə meydana çıxması kimi…

Açığı, bu 9 ildə doqquz dəfə demirəm, bir dəfə yadıma düşmür ki, Ayxan Abbasov hansısa qarşılaşmaya üç ön xətt oyunçusu ilə start versin.

Güman edirəm ki, bu, yerli publikaya asan qələbə sevinci daddırmaq niyyətinə qulluq edirdi.

Olmadı, alınmadı, bitdi. İrəliyə baxmaq lazımdır.

Sabahkı gün üçün daha yaxşı dərslər çıxarmaq adına.

MUSA

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla