AZ

Yağış özü ilə qəza gətirdi

İstanbul istiqamətində yük maşınının baryerlərə çırpılması və Anadolu magistralının Sakarya keçidini kəsməsi səbəbindən yollar 1 saat bağlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yüngül yaralanan yük maşını sürücüsünə ambulator müalicə olunub. Yük maşını yoldan çıxarıldıqdan sonra hərəkət əvvəlki vəziyyətinə qayıdıb.

Əldə edilən məlumata görə, D.A.H. idarə etdiyi 41 TY 158 dövlət nömrə nişanlı yük maşını əvvəlcə maneəyə çırpılıb. Qəzanı görən vətəndaşlar köməyə qaçarkən, xəbər alan polis və sağlamlıq qrupları hadisə yerinə sövq ediliblər. Qısa müddətdə hadisə yerinə gələn tibb qrupları yüngül xəsarət alan sürücüyə ilkin tibbi yardım göstəriblər. Lakin sürücü xəstəxanaya getməyə razı olmayıb. Qəza səbəbindən kilometrlərlə avtomobil növbəsi yaranıb. Qəzaya görə İstanbul istiqaməti 1 saat yarım bağlanıb. Magistral yollar və polis qruplarının işi nəticəsində 1 saat yarımdan sonra yol açılıb.

Qəzanı görən sürücü Rəcəb Erol “Yük maşını düz qarşımızda dayandı. Yük maşını sürücüsündə kiçik izlər var, amma şükür ki, ciddi bir şey yoxdur. Təxminən 1 saat yarımdır yolda gözləyirik. İndi yol açıqdır, inşallah hərəkət edəcəyik” deyib.

Qəzanı görən və köməyə tələsən sürücü "Yük maşını qabağımızı kəsdi. Yağışlı havada müvazinətini itirərək baryerə çırpıldı. Dərhal ilkin yardıma qaçdıq. Təcili yardım çağırdıq. Qəza gözümüzün qabağında oldu" dedi.

Müəllif: Söylü Ağazadə
Seçilən
61
Mənbələr
Şərh ()
Bağla