Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı Şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın aksız markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 2 377 qutu müxtəlif adda xarici markalı siqaretlər aşkar olunaraq götürülüb.
Bu barədə "Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
BiG.Az