AZ

“Azərreyl”in rəqibləri “Murov” və “Abşeron” oldu

Kişi və qadın voleybolçular arasında ölkə çempionatında son finalçılar müəyyənləşib.

Əvvəlcə kişilərin turniri haqda. “Azərreyl” finalda “Murov Az Terminal”la qarşılaşacaq. Bu komanda yarımfinalın cavab görüşündə də “Neftçi”yə qalib gəlib – 3:0 (25:21, 25:20, 25:19).“Azərreyl” ilə “Murov Az Terminal” arasındakı final görüşü aprelin 22-də keçiriləcək.

Qadınların liqasında da 2-ci finalçı bilinib: “Murov Az Terminal” – “Abşeron” - 3:1 (21:25, 25:20, 25:19, 25:20), qızıl set - 11:15. Xatırladaq ki, bu komandalar arasındakı ilk oyunda “Abşeron” 3:1 hesabıyla qalib gəlmişdi. Beləliklə, aprelin 23-də keçiriləcək finalda “Azərreyl”lə Abşeron” qarşılaşacaq.

Qeyd edək ki, 3-cü yer uğrunda oyunların da tarixi bəllidi. Aprelin 20-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində əvvəlcə kişi voleybolçular 3-cü yer uğrunda matça çıxacaq. Saat 15.00-da start götürəcək matçda MOİK ilə “Neftçi” üz-üzə gələcək. Daha sonra qadın voleybolçular 3-cü yerin sahibini müəyyənləşdirəcək. Saat 18.00-da “Gəncə” ilə “Murov Az Terminal” münasibətləri aydınlaşdıracaq.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla