AZ

Meksikada bələdiyyə sədrliyinə namizədlər öldürülüb

Meksikada bələdiyyə sədrliyinə namizədlər Noe Ramos Ferretiz və Alberto Qarsiya ayrı-ayrı hücumlar nəticəsində həyatlarını itiriblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimalındakı Tamaulipas əyalətinin Ciudad Mante şəhərinin bələdiyyə sədrliyinə namizədi Noe Ramos Ferretiz seçki kampaniyası zamanı bıçaqlı hücuma məruz qalıb. Ramos Ferretiz hücumda həyatını itirib.

Meksikanın cənubundakı Oaxaca ştatının San Xose İndependensiya şəhərinin merliyinə namizəd Alberto Qarsiya itkin düşdüyü bildirildikdən bir gün sonra ölü tapılıb.

Meksikada iyunun 2-də keçiriləcək ümumi və yerli seçkilər ərəfəsində siyasətçilərə qarşı artan zorakılıq aktları Ramos Ferretiz və Qarsiyanın ölümü ilə yenidən gündəmə gəlib.

Hər seçki dövründə siyasətçilərə qarşı zorakılığın artdığı Meksikada 2006-cı ildən bəri 80-dən çox bələdiyyə sədri mütəşəkkil cinayətkar dəstələr tərəfindən öldürülüb.

Ölkədəki dəstələr seçki dövründə namizədləri hədələyir və zorakılıqla siyasətçiləri onlarla əməkdaşlığa məcbur etmək üçün alət kimi istifadə edirlər.

Müəllif: Söylü Ağazadə
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla