AZ

MBA-da mükafat fondu artırıldı

Milli Basketbol Assosiasiyasının (MBA) 2023/2024 mövsümü üçün (pley-off) mükafat fondu 25% artıb. “Sportico”nun məlumatına görə, bu mövsüm MBA-nın pley-off mərhələsində iştirak edəcək komandalar üçün mükafatların ümumi məbləği təxminən 33,7 milyon dollar təşkil edəcək ki, bu da 2022/2023 mövsümündən 25% çoxdur.

Qaydalara əsasən, hər konfransda ilk altı yeri tutan komanda çempionatdakı nəticələrinə görə bonus alır. Pley-offda mübarizə aparan 16 komanda da mükafat fondunun bir hissəsinə sahib çıxır. Hər bir qalibiyyət seriyası isə bonusların artmasına səbəb olur. Bu pullar hər klubun heyətindəki oyunçular arasında bölüşdürülür.

MBA-nın pley-off mərhələsi üçün bonusların bölgüsü aşağıdakı kimidir:

* birinci turda iştirak edən komandalar (16 komanda) – 453 min dollar;

* konfransın yarımfinalında iştirak edən komandalar (8 komanda) – 552 min dollar;

* konfransın finalında iştirak edən komandalar (4 komanda) – 923 min dollar;

* MBA finalında uduzan komanda – 3 692 000 dollar;

* MBA finalında qalib gələn komanda – 8.549.000 dollar;

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla