F.G ailəsi ilə birlikdə Kayseridə qız istəməyə gedib. Onunla qarşı tərəf arasında naməlum səbəbdən başlayan mübahisə davaya çevrilib.
News24.az xəbər verir ki, davada F.G qızın qardaşı Y.T.-yə tüfənglə xəsarət yetirib. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib.
Y.T Kayseri Dövlət Xəstəxanasına aparılıb.
Qeyd edək ki, hadisədən sonra qaçan şübhəli F.G. saxlanılıb.
Günel Məlikzadə