AZ

İşğalda qalan digər 4 kənd nə vaxt qaytarılacaq? - Açıqlama

“Nəhayət ki, çoxdan gözlədiyimiz xəbər rəsmi şəkildə təsdiqləndi və Qazaxın Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri Azərbaycana qaytarılacaq”.

Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O, müvafiq sənədlərin 15 maya qədər imzalanacağını bildirib:

“Proses 15 may 2024-cü ilə qədər müvafiq sənədlərin razılaşdırılması və imzalanması ilə başa çatacaq. Bundan sonrakı müddətdə böyük ehtimalla Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya prosesi daha aktiv şəkildə həyata keçiriləcək və erməni işğalında qalan digər 4 kəndimizin də Azərbaycanla razılaşdırılmış şəkildə qaytarılmasına münbit şərait yaranacaq”.

Vasif Əlihüseyn, BakuPost

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla