AZ

Türkiyəli turistləri baş nazir özü qarşıladı

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis dünən Lesbos adasına səfər edib.

Publika.az xəbər verir ki, aprelin 1-də başlayan "gəliş vizası" tətbiqi ilə bağlı səlahiyyətlilərdən məlumat alan Mitsotakis, adanın limanına yanaşan "Eşref Jale" gəmisindən enən türk turistləri qarşılayıb və bir müddət söhbət edib.

Mitsotakis burada etdiyi çıxışında ilk mərhələdə 5 adada tətbiq edilən “gəliş vizası” müraciətinə aprelin sonunda daha 5 ada əlavə ediləcəyini açıqlayıb. Aprelin sonunda Sömbeki, Meis, Batnaz, İleryoz və Kilimli adaları bu siyahıya əlavə olunacaq.

Digər tərəfdən, Miçotakis mayın 13-də Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini açıqlayıb.

Ötən gün AB sammitində açıqlama verən Mitsotakis Türkiyənin Egeydə dəniz parkı elan edilməsinə reaksiyası ilə bağlı deyib: “Biz suveren hüquqlarımızı beynəlxalq hüquq və dəniz hüququ əsasında həyata keçiririk. Ətraf mühitin mühafizəsi ilə bağlı bir məsələdə Türkiyənin tamamilə üzrsüz reaksiyası məni təəccübləndirdi. Bəyan etdiyimiz kimi, 2 Dəniz Parkı (Egey və İon dənizi) yaradacağıq."

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla