"Neftçi"nin iki futbolçusu bu gün "Zirə"yə qarşı keçirəcəkləri oyunda forma geynməyəcək.
“Football-plus.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.Misli premyer-liqasının 31-ci turu çərçivəsində səfərdə “Zirə” ilə qarşılaşmada bərpa prosesi keçən Emil Balayev və cəzalı Azər Salahlı bu görüşü buraxmalı olacaq.
Qeyd edək ki, oyun saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.