AZ

Legioneri “Kəpəz”i düşünməyə vadar etdi

“Kəpəz” legioneri ilə Mate Kvirkviya ilə bağlı qərarını mövsüm sonu verəcək.

İdmanxeber.az-a verilən məlumata görə, “sarı-göylər” daha öncə gürcüstanlı futbolçu ilə yolları ayırmaq barədə düşünürdü. Ancaq təcrübəli futbolçunun son oyunlardakı performansı rəhbərliyin qərarını dəyişə bilər

Belə ki, son oyunlardakı göstərici ilə məşqçilər heyətinin təqdirini toplayan Mateyə qarşı fikirlər müsbət yöndə dəyişib. O, mövsüm sonuna qədər bu çıxışını davam etdirsə, yarımmüdafiəçiyə yeni sözləşmə təklif ediləcək.

Xatırladaq ki, 28 yaşlı oyunçunun “Kəpəz”lə müqaviləsi yayda başa çatır.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla