AZ

Brüssel və Vaşinqtonun vasitəçiliyinənə ehtiyac yoxdur...

Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik etmiş və nəticəsiz olan Moskva formatı fiaskoya uğradı. Bundan sonra , Brüssel və Vaşinqtonun da vasitəçiliyinə ehtiyac yoxdur.

Azərbaycan və Ermənistan ikitərəfli danışıqlarla, üçüncü tərəfin iştirakı olmadan real nəticələr əldə edə bilir. Bu gün əldə olunmuş razılıq və protokolun imzalanması, ikitərəfli danışıqların müsbət dinamikasıdır.

Burada təkcə, Azərbaycan deyil, Ermənistan da uduşludur. Ermənistan danışıqlarda daima üçüncü tərəfin iştirakını təklif edirdi. Amma, Azərbaycan bundan imtina edirdi. Əgər, Yerevanın təklifi reallaşaydı, heç bir irəliləyiş olmayacaqdı.

Ermənistan Baş naziri siyasi iradəsini davam etdirəcəksə, Azərbaycan tərəfinin təklifləri əsasında proseslə gedəcəksə, liderlərin iştirakı ilə sülh müqaviləsi bağlana bilər. Sülh müqaviləsinin bağlanması isə, Qazaxıstanın paytaxtı Astanada yaxud Tiflisdə bağlana bilər.

Məhəmməd Əsədullazadə

visiontv.az



Seçilən
77
1
Mənbələr
Şərh ()
Bağla