AZ

Qrup hərəkətləri komandamızın rəqibləri müəyyənləşib

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokunda final mərhələsinə yüksələn Azərbaycanın 5 halqa ilə qrup hərəkətləri komandasının bütün rəqibləri bəlli olub.

İdman.biz xəbər verir ki, təmsilçimiz kimi İtaliya, İspaniya, Bolqarıstan, Çin, Ukrayna, Yaponiya və Meksika da “səkkizliy”ə yüksəlib.

Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız final mərhələsinə 3-cü yerin sahibi kimi vəsiqə əldə edib. Gimnastlarımız bu gün üç lent və iki topla da çıxış edəcəklər.

İdman.biz

Seçilən
101
1
Mənbələr
Şərh ()
Bağla