Bu gün qadın voleybolçuların Azərbaycan çempionatında 3-cü yer uğrunda oyun keçiriləcək.
İdman.biz xəbər verir ki, Yüksək Liqada yarımfinalın uğursuzları bürünc medallar üçün mübarizə aparacaqlar.
“Gəncə” “Murov Az Terminal”la qarşılaşacaq. Komandalar arasında matç GİN-nin Voleybol Mərkəzində keçiriləcək.
Qeyd edək ki, aprelin 23-də təşkil olunacaq finalda “Azərreyl”lə “Abşeron” görüşəcək.
Yüksək Liqa, qadınlar
3-cü yer uğrunda oyun
20 aprel
18:00. “Gəncə” - “Murov Az Terminal”
GİN-nin Voleybol Mərkəzi
İdman.biz