AZ

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib - YENİLƏNİB

Əməkdar artist Cavanşir Məmmədovla bağlı 20.04.2024-cü il tarixində saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.

Ünvanda həkiməqədər ölüm qeydə alınıb.

***

13.00

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

APA xəbər verir ki, müğənni bu gün dünyasını dəyişib.

Xəbəri APA-ya ailə üzvləri təsdiqləyiblər. Sənətçinin təxminən bu gün saat 11-12 radələrində vəfat etdiyini deyiblər. Ölümün səbəbi hələlik bəlli deyil.

Seçilən
26
30
Mənbələr
Şərh ()
Bağla