AZ

Zaur Əliyev Daşkəsən və Göygöl rayon sakinlərini qəbul edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında Daşkəsən və Göygöl rayon sakinlərini qəbul edib.

 

Agentlikdən Aztibb.az-a bildirilib ki, görüşdən əvvəl Z.Əliyev Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

 

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun iştirakı ilə keçirilən qəbulda müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla