AZ

"İntizam Məcəlləsinə əlavə ediləcək 7-8 bənddən biri də budu" - Erkin Hüseynov

“Sabah” – “Qarabağ” oyununda Masazır stadionununa toplaşan azarkeşlərin hakimlərin və oyunçuların üzünə lazer şüası tutması gözdən qaçmadı.

Artıq neçənci çempionat matçında belə hadisələrin şahidi oluruq. Bəs bununla bağlı xüsusi bir cəza yoxdumu? Yoxsa azarkeşlər istənilən şəkildə hakimlərin və futbolçuların işini çətinləşdirmək üçün belə ləvazimatlardan istifadə edə bilər? “Football-plus.az” olaraq, məsələni daha dərindən aydınlaşdırmaq üçün AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovla danışdıq:
“Hazırkı çempionat oyunlarında tribunada gedən prosesləri izləyirik. Təəssüflə bildirmək istəyirəm ki, bu barədə İntizam Məcəlləsində konkret qərar yoxdu. Lakin belə hərəkətlər kütləvi hal aldığına görə növbəti mövsümdən etibarən İntizam Məcəlləsinə əlavə ediləcək 7-8 bənddən biri də budu”.


KAMAL SƏFƏR
Seçilən
111
Mənbələr
Şərh ()
Bağla