AZ

10 kiloqram artıq çəkisi olanların nəzərinə

Yayda fit görünmək istəyən insanlar artıq həll yollarını axtarmağa başlayıblar. Mütəxəssislər sağlam qidalanmanın vacibliyinə diqqət çəkərək, insanın nizamlı idmanla ideal çəkisinə çata biləcəyini vurğulayır. Arıqlama prosesini sürətləndirən təbii üsullar da var. 

News24.az xəbər verir ki, 10 kiloqram artıq çəkisi olanlar üçün yağ yandırma resepti burada:

  • Bir çay qaşığı toz zəncəfil
  • Bir çubuq darçın
  • 3 budaq təzə nanə
  • 1 tam limon

İstifadə qaydası:

  • 1 litr qaynar suya toz zəncəfil, darçın, nanə və limon əlavə edin.
  • Bu qarışığı 10 gün ərzində hər səhər acqarına için.

Bu reseptlə arıqlama prosesini sürətləndirə bilərsiniz.

Əlavə olaraq, arıqlamaq üçün aşağıdakılara diqqət edin.

  1. Sağlam qidalanmaya diqqət yetirin.
  2. Meyvə, tərəvəz, bütün taxıllar, protein mənbələri və sağlam yağları ehtiva edən bir pəhriz edin.
  3. Stress həddindən artıq yemək və ya nizamsız yemək vərdişlərinə səbəb ola bilər. Stressli mühitlərdən uzaq durun.
  4. Bol su için.
  5. Yuxu rejiminizi qoruyun.
  6. Porsiyalarınızı azaldın.
  7. Həftədə 4 gün məşq edin.

Günel Məlikzadə

Seçilən
110
Mənbələr
Şərh ()
Bağla