AZ

Nazir Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyasına dair konkret tapşırıqlar qoyub

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası prosesinin effektiv həyata keçirilməsinə dair tapşırıqlar verilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən xəbər verilib.

Qeyd edilib ki, general-polkovnik Z.Həsənov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası prosesinin effektiv həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi barədə aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Seçilən
113
10
Mənbələr
Şərh ()
Bağla