AZ

Qəzzada zibil böhranı

Birləşmiş Millətlər Təşkilatı İsrailin hücumu altında olan Qəzzada 270 min ton bərk tullantı topladığını və bunun ciddi sağlamlıq və ekoloji problemlər yaratdığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Qəzzadakı hadisələrlə bağlı açıqlama verib.

Bölgə bələdiyyələrindən aldıqları məlumatlara istinadən Dujarrik qeyd edib ki, tullantıların idarə edilməsi obyektləri və tibbi tullantı mərkəzləri dağıdıldığı üçün Qəzzada tullantıların toplanması və tənzimlənməsi sisteminə ciddi ziyan dəyib.

Digər tərəfdən Qəzzada humanitar yardım işçiləri üçün risklərin davam etdiyinə diqqət çəkən Dujarrik qarşıdurmaların, yolların dağıdılmasının və partlamamış bombaların tapılmasının işi çətinləşdirdiyini qeyd edib.

Düjarrik həmçinin qeyd edib ki, yanacaq çatışmazlığı, məhdudiyyətlər və gecikmələr, keçid məntəqələrində təhlükəsizlik və İsrail tərəfindən təsdiqlənmiş kifayət qədər sürücülərin olmaması humanitar yardımı çətinləşdirən amillərdəndir.

Oktyabrın 7-dən sonra yardım daşıyan yük maşınlarının çoxunun xarab olduğunu və ya məhv edildiyini bildirən Dujarrik BMT-nin yeni yük maşınları aldığını bildirib.

Müəllif: Söylü Ağazadə
Seçilən
79
Mənbələr
Şərh ()
Bağla