AZ

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

Gələcəkdə

Bakı, 20 aprel, AZƏRTAC

Probasiya nəzarətindən və penitensiar müəssisələrdən cəzalarını çəkərək azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasında, ailələrin onları qəbul etmələrində problemlərini görürük.

AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev “Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psxiloloqların rolu” mövzusunda keçirilən konfransda deyib.

“Bu zaman isə onlar yenidən cinayətə meyilli olurlar. Bu isə onların yenidən cinayət törətməsi və cəmiyyətdən təcrid olunması ilə nəticələnir. Mediasiya Şurası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlığı nəticəsində mediasiya ehtiyacı olan lakin aztəminatlı ailələr, müvafiq sistemdə işsiz kimi qeydiyyatda olanlar, ünvanlı dövlət sosial yardımı alanlar mediasiya xidmətlərindən ödənişsiz yararlanırlar. Gələcəkdə imtiyazlı şəxslərin sayının artırılmasına baxa bilərik. Bu gün əsas problemlərdən biri psixoloqların hazırlanmasıdır. Ailədaxili münasibətləri tənzimləyə biləcək peşəkar psixoloqların sayının kifayət qədər olduğunu desək yanılarıq. Çalışırıq ki, ölkənin aparıcı universitetləri ilə həm sosial işçilər, həm də psixoloqların hazırlanmasında böyük təcrübəsi olan universitetlərlə əməkdaşlıq memorandumu imzalayaq və orada təhsil alan tələbə və magistrların Sosial Xidmətlər Agentliyində təcrübə keçməsinə nail olaq. Sonra, təhsil aldıqları müddətdə həssas qruplarla iş təcrübəsinə yiyələnmələri üçün müsabiqə əsasında onları işə qəbul edək”, - deyə F.Ağayev bildirib.

Seçilən
125
Mənbələr
Şərh ()
Bağla