AZ

Trampın məhkəməsi: Tərəfdarı özünü yandırdı

Nyu-Yorkda keçmiş Donald Trampın işinə baxılan məhkəmə binasının yaxınlığında bir nəfər özünü yandırıb.

Yenisabah.az New York Post-a istinadla xəbər verir ki, Manhetten parkında intihar cəhdi edən Florida ştatının 37 yaşlı sakini Maks Azzarelodur. 

O, dəhşətə gələn şahidlərin gözü qarşısında bədəninə yanacaq tökməzdən və alışqan yandırmazdan əvvəl bir yığın broşüranı havaya atıb.

Azzarelonun ailəsinin xəbəri olmadan Floridadan Nyu-Yorka getdiyi və məhkəmə binası qarşısında etiraz aksiyası keçirdiyi, burada həm Respublikaçı, həm də Demokrat partiyaların siyasi liderlərini sərt şəkildə tənqid etdiyi bildirilir.

Özünü yandırdıqdan sonra polis ərazini mühasirəyə alıb, qurban ağır vəziyyətdə yaxınlıqdakı xəstəxananın yanıq şöbəsinə aparılıb, lakin o, ölüb.

Azzarello bundan əvvəl 3 dəfə, o cümlədən asayişi pozmaq və əmlaka ziyan vurmaq ittihamı ilə həbs edilib.

Üçüncü həbsindən sonra Florida polisi onun intihara meylli olduğunu qeyd edib və onu işsizlik siyahısına salıb.


Telegram kanalımız
Seçilən
93
Mənbələr
Şərh ()
Bağla