AZ

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb.

BiG.AZ xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığı bildirilib.

Açıqlamada İsrail əsgərlərinin canlı güllələrlə açdığı atəş nəticəsində 15-16 yaşlarında iki uşaq və 21 yaşlı bir fələstinlinin yaralandığı, yaralıların xəstəxanalara aparıldığı vurğulanıb.

İsrail əsgərlərinin sıx basqın və hücumlara məruz qaldığı işğal altındakı İordan çayının qərb sahilində gərgin günlər yaşanır.

Digər tərəfdən İsrail ordusu radiosu Nur Şəms Qaçqınlar Düşərgəsində baş verən silahlı qarşıdurmada 2 İsrail əsgərinin yüngül yaralandığını bildirib.


BiG.Az
Seçilən
40
2
Mənbələr
Şərh ()
Bağla