AZ

Torpaq sürüşməsində xırdabuynuzlu heyvanlar torpaq altında qalıb

Türkiyənin Hakkari ilində dağ yamacında baş verən sürüşmə nəticəsində xırdabuynuzlu heyvanlar torpaq altında qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki,mərkəzin Qırıqdağ kəndində xırdabuynuzlu mal-qaranın saxlandığı yerin olduğu ərazidə torpaq sürüşməsi baş verib.

Kənd sakinləri 112 Təcili Zəng Mərkəzinə zəng edərək hadisə baş verən ərazidə heyvanların torpaq altında qaldığını bildiriblər. Sonra polis və Xüsusi İdarə qrupları bölgəyə sövq edilib.

Qruplar dağ yamacından qopan torpaq yığınının altında qalan heyvanları çıxarmaq üçün iş maşınının köməyi ilə işə başlayıblar.

Müəllif: Söylü Ağazadə
Seçilən
63
Mənbələr
Şərh ()
Bağla