AZ

Ermənistan və Azərbaycan məsələni ilk dəfə danışıqlar masası arxasında həll etdi - Paşinyan

Bakı. Trend:

Ermənistan və Azərbaycan məsələni ilk dəfə danışıqlar masasıarxasında həll etdi.

Trend erməniKİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri NikolPaşinyan delimitasiyanın birinci mərhələsi üzrə əldə olunmuşrazılaşmanı şərh edərkən deyib.

Paşinyan əldə olunan razılaşmanın lazımi səviyyədəqiymətləndirilməli olduğunu bildirib.

"Ermənistan və Azərbaycanın ilk dəfə məsələni danışıqlar masasıarxasında həll etdiyini qeyd etmək çox vacibdir", - o deyib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasındasərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasıarasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasıvə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındadövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyiməsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşzamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndininAzərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
67
24
Mənbələr
Şərh ()
Bağla