AZ

Azərbaycanlı qadınların dəhşətlər yaşadığı ölüm düşərgəsi - VİDEO

"Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında ALJİR-dən - Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsindən (rus. Акмолинский лагерь жён изменников Родины) görüntülər paylaşıb.


Bakupost.az xəbər verir ki, naşir Qazaxıstana səfəri zamanı Akmola şəhərində yerləşən Stalin repressiyaları qurbanlarının ailə üzvü olan qadınların məcburi saxlanıldığı keçmiş islah əmək düşərgəsinə baş çəkib.


"Bu gün gördüyüm dəhşət... Akmola Astandan 40 km qərbdə yerləşir. ALJİR kimi tanınır. Yəni Vətən xainlərinin arvadlarının düşərgəsi. 30 hektar ərazi məftillə çəpərlənib. Sərt isti və 40 dərəcə soyuq olan bir yer.

Yanvar, 1938-ci ildə ilk qadınlar uşaqları ilə gətirilib.

43-cü ildə soyuq və aclıqdan yüzlərlə qadın ölüb", - deyə Ş.Xuduoğlu bildirib.


O qeyd edib ki, 18 min qadın Akmolada, dünyada yeganə qadın düşərgəsində ölümcül cəzaya məhkum edilib:


"Qadınlardan 1507 uşaq dünyaya gəlib. Onları "dövlətin uşaqları" adlandırıblar və analarından alıb yetimxanalara göndəriblər. Stalinin ölümündən sonra düşərgə bağlanıb.

Sənədlə müəyyən edilən 44 Azərbaycan qadını da bura sürgün edilib".


Ş.Xuduoğlu xatırladıb ki, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavad, Fətəli Xan Xoyskinin qızı Tamara Xoyskaya, Quba Seminariyasının rəhbəri Sənubər Eyyubova, Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə də başqa tanınmış Azərbaycan qanunları da buraya sürgün edilib.



Zaur

BakuPost

Seçilən
59
2
Mənbələr
Şərh ()
Bağla