AZ

Alma satışından gəlirlər 15% artıb - QİYMƏTLƏR 3% BAHALAŞIB

2024-cü ilin yanvar-mart ayında Azərbaycandan 16 milyon 517 min dollar dəyərində 24 min 858 ton alma ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 213 min dollar və ya  15,5%, miqdar ifadəsilə 2 min 618 ton və ya 11,8% artıb.

2023-cü ilin ilk 3 ayında isə Azərbaycandan 14 milyon 304 min dollar dəyərində 22 min 240  ton alma ixrac olunmuşdu.

1 kq almanın orta ixrac qiyməti 2024-cü ilin üç ayında 11,30 manata, ötən ilin eyni dövründə isə 10,93 manata başa gəlib.

Qiymətlər son bir il ərzində 0,36 manat və ya 3,3% bahalaşıb.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla