AZ

Xaricdən əczaçılıq məhsulları alışımız 70 milyon dollar azalıb

Cari ilin birinci rübündə Azərbaycan xarici ölkələrdən 122 milyon 518 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları alıb.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69 milyon 545 min ABŞ dolları və ya 36,2% azdır. Ötən ilin ilk üç ayında xaricdən alınan əczaçılıq məhsullarının dəyəri 192 milyon 63 min ABŞ dolları olub.

Bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ölkələrə satdığı əczaçılıq məhsullarının dəyəri 1 milyon 821 min ABŞ dolları olub ki, bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon 170 min ABŞ dolları, yaxud da 84,8% azdır. 2023-cü ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 11 milyon 991 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları satıb.

Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Azərbaycanın ixrac etdiyi əczaçılıq məhsulları ümumi ixracın 0,03 faizini, idxalı isə ümumi idxalın 3,30 faizini təşkil edib.

Əvəz Həsənov

Seçilən
84
1
Mənbələr
Şərh ()
Bağla