AZ

Ağamirova Dünya kubokunun finalında iki dünya çempionuna qarşı

Bakıda keçirilən Dünya kubokunda halqa ilə hərəkətlərdə final mərhələsinə yüksələn Zöhrə Ağamirovanın bütün rəqibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, Azərbaycan gimnastının mübarizə aparacağı idmançılar arasında iki dünya çempionu olacaq.

Bunlar almaniyalı Darya Varfolomeyev və italiyalı Sofiya Raffaelidir. Mükafatlar uğrunda Elvira Krasnobayeva, Yeva Brezaliyeva (hər ikisi Bolqarıstan), Anastasiya Simakova (Almaniya), Tara Draqas (İtaliya) və Polina Berezina (İspaniya) da mübarizə aparacaqlar.

Qeyd edək ki, ayrı-ayrı hərəkətlərdə final mərhələsi sabah keçiriləcək.

İdman.biz

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla