AZ

İstirahət gününün havası açıqlandı

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuzkeçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.Mülayim cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın temperaturu gecə 13-18°,gündüz 23-28° olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 754 mm civə sütununaenəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakingündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağıgözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi,şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qaryağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərqküləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17°, gündüz 25-30°, dağlarda gecə7-12°, gündüz 13-18° olacaq.

Məqalədə:
Seçilən
149
49
Mənbələr
Şərh ()
Bağla