AZ

Xaricə xurma satanların qazancı 88%-dən - ÇOX ARTIB

2024-cü ilin yanvar-mart ayında Azərbaycandan 27 milyon 704,6 min dollar dəyərində 35 min 263 ton xurma ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 12 milyon 977 min dollar və ya  88,1%, miqdar ifadəsilə 15 min 15 ton və ya 74,2% artıb.

2023-cü ilin ilk 3 ayında isə Azərbaycandan 14 milyon 727 min dollar dəyərində 20 min 248  ton xurma ixrac olunmuşdu.

1 kq xurmanın orta ixrac qiyməti 2024-cü ilin üç ayında 13,36 manata, ötən ilin eyni dövründə isə 12,36 manata başa gəlib.

Qiymətlər son bir il ərzində 1 manat və ya 8% bahalaşıb.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla