AZ

Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk

Barbadosun

Vaşinqton, 20 aprel, AZƏRTAC

“Son bir neçə il ərzində iqlim dəyişikliklərin qarşısının alınması sahəsində maliyyələşmə ilə bağlı görülən işlərin bu il də davam edəcəyinə ümid edirəm”.

Bu fikirləri COP29 nümayəndə heyətinin səfəri çərçivəsində aprelin 20-də Vaşinqtonda keçirilmiş “İqlim maliyyəsi üçün qlobal fəaliyyətin təmin edilməsi üzrə dialoq” mövzusunda tədbirdə iştirak edən Barbadosun Baş naziri Mia Mottli AZƏRTAC-ın ABŞ bürosuna açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, ötən illərdə bir sıra irəliləyişlər əldə edilib, “İtki və Zərər Fondu”nun yaradımasına nail olunub. “Maliyyələşmə hələ də əsas narahatlıqlardan biridir. Bu məsələ ilə bağlı maliyyə vəsaitinə ehtiyacımız var, amma bizə həm də itkilərin qarşısını alması üçün maliyyə lazımdır. Buna görə də, adaptasiya və mitiqasiya maliyyələşməsi çox vacibdir. Biz bilirik ki, bu, kifayət qədər çox pul tələb edir. Çoxsaylı həll yolları var. Artıq bir çox işlərə start verilib. İşlər bu il də davam edəcək və biz üçlüyün (COP prezidentləri üçlüyü - red.) yaradılmasını yüksək qiymətləndiririk”.

Qeyd edək ki, bu ilin əvvəlində COP28-in vasitəçiliyi ilə COP prezidentləri üçlüyü (COP 28, COP 29 və COP30) yaradılıb.

Vurğulayaq ki, Mia Mottli iqlim dəyişikliklərin qarşısının alınması sahəsində maliyyələşməyə dair praktiki həll yollarını özündə birləşdirən Brictaun Gündəliyinin təşəbbüskarıdır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
106
50
Mənbələr
Şərh ()
Bağla