Hal-hazırda Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb. SİA-nın xəbərinə görə, belə ki Bakıya daxil olmaq istəyən nəqliyyat vasitələrinin girişi birtərəfli qaydada məhdudlaşdırılıb. Problem Xırdalan qəbirstanlığı istiqamətində yaşanır.
Artıq 3 saata yaxındır ki, bütün avtomobillər burada qalıb. Sakinlər narazılığını bildirir. Yolun hansı səbəbdən bağlanması isə hələlik məlum deyil.