AZ

Türkiyənin yeni maliyyə siyasəti ona həssaslığı azaltmaqda kömək edir - BVF

Vaşinqton. Trend:

Türkiyənin yeni maliyyə siyasəti ona həssaslığı azaltmaqda köməkedir.

Trend xəbərverir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Avropaşöbəsinin direktoru Alfred Kammer BVF-in Vaşinqtonda keçirilən yaziclasları çərçivəsində iqtisadi perspektivlər üzrə brifinqdədeyib.

"2023-cü ilin ortalarında biz siyasətdə mütləq dönüşün vəpul-kredit sahəsində mühüm sərtləşmə, eləcə də büdcə sahəsindəbüdcə konsolidasiyası ilə yeni siyasətin tətbiqinin şahidi olduq",- o deyib.

Kammerin sözlərinə görə, BVF artıq bir sıra nailiyyətləri görürvə məsələ təkcə reallaşması üçün çox zaman tələb olunanədeflyasiyada deyil.

"Lakin bu siyasət sayəsində Türkiyənin həssaslığı azaldı. DünənTürkiyənin xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşekləsöhbətimiz oldu. O, mühüm islahatların uzunmüddətli proqrama daxilolduğunu bildirdi və Mərkəzi bankın bu proqramı icra edəcəyini qeydetdi. Proqramın həssaslığı daha da azaldacağı və zamanla zamanlainflyasiyanın birbaşa azalması ilə nəticələnəyi, eləcə də artımmodelini dəyişmək və artımı balanslaşdırmaq məqsədiləinvestisiyalar üçün mühit yaradacağı gözlənilir", - deyə o əlavəedib.

Kammer həmçinin BVF-in Türkiyədə mövcud islahatlar proqramınıdəstəklədiyini bildirib və ölkə üçün heç bir yeni proqramı müzakirəetmədiyini əlavə edib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq ValyutaFondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinəbaşlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 apreltarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərindəkeçirilir.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-MaliyyəKomitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ vəBVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə vəinkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaşcəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir arayagələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünyaiqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılmasıvə iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla