AZ

Bugünkü oyunların VAR təyinatları

Azərbaycan Premyer Liqasının XXXI turunda bu gün keçiriləcək iki oyunun növbəti təyinatları bəlli olub.

Msport.az xəbər verir ki, “Qarabağ” – “Qəbələ” matçında VAR-da Tural Qurbanov, AVAR-da Rəvan Həmzəzadə yer alacaq.

“Zirə” – “Neftçi” görüşündə isə müvafiq olaraq Cavid Cəlilovla, Müslüm Əliyev iş başında olacaqlar.

Qeyd edək ki, ilk qarşılaşma saat 16:30-da, növbəti oyun isə saat 19:00-da start götürəcək.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla