AZ

ABŞ hərbi kontingentini Nigerdən çıxarır

ABŞ hakimiyyəti Nigerdə baş vermiş dövlət çevrilişindən sonra bütün hərbi kontingentini ölkədən çıxarmağa razılaşıb.

Azpost.info xəbər verir ki, bu barədə “CBS” News Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
Proses bir neçə ay ərzində baş verəcək və ümumilikdə mindən çox ABŞ əsgəri Nigeri tərk edəcək.

Vaşinqtonun bu qərarı 6 il əvvəl Niger paytaxtına yaxın 110 milyon dollara inşa edilmiş və ABŞ ordusunun istifadə etdiyi iri aviabazanın statusunu şübhə altına alır. Baza regionda terrorçu və ekstremist qrupların fəaliyyətinin qarşısını almaq üçün qurulmuşdu. Bundan başqa, Ağ Ev son 10 ildə Niger silahlı qüvvələrinin təliminə yüz milyonlarla dollar sərmayə qoyub.

Azpost.info

Seçilən
178
9
Mənbələr
Şərh ()
Bağla