AZ

Nə oldu, Makron?

Postsovet məkanı ilə yanaşı, bütün Avrasiyada "ilkdəfə" kimi dəyərəndirilə biləcək hadisələri Azərbaycanreallaşdırdı.

İlk dəfə bir ölkə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyiqətnamələrin nə bu təşkilat, nə vasitəçi ölkələr, nə də dünyabirliyi tərəfindən həyata keçirildiyini yəqin etdikdən sonra işəkeçdi və sənədlərdəki şərtləri özü gerçək etdi.

İlk dəfə bir ölkə suverenliyini, sərhəd bütünlüyünü vəərazisinin bütövləşməsini dünyanın supergüclərinin kəskinmüqavimətinə, qıcığına və narazılığına rəğmən, reallaşdırdı.

İlk dəfə bir ölkə ərazisindəki separatçı rejimi çox qısamüddətdə, cəmi 44 gündə məğlub etdi, həmin terrorçu rejimidəstəkləyən və yaşadan ölkəni kapitulyasiyaya vadar etdi.

İlk dəfə bir ölkə terrorizmi yaşam prinsipinə çevirmiş xuntanıərazisində cəmi 23 saata diz çökdürdü.

İlk dəfə bir ölkə ərazisinə yeridilmiş Rusiya sülhməramlılarınınkönüllü, hansısa qarşıdurma və eksess olmadan çıxıb getmələrinənail oldu.

İlk dəfə bir ölkə 30 ildən bəri işğalda olan 4 kəndinisərhəddəki danışıqlarda imzalanan memorandumla azad edərək özünəqaytardı.

Onillərlə ərazisinin 20 faizi işğal altında qalan, sonra buişğala son qoyan və indi də işğalçı dövləti sülh gündəliyinə vadaredən Azərbaycan ilk dəfə olaraq postsovet məkanında ən qaynarmünaqişələrdən birini tarixə qovuşduraraq, sərhədin delimitasiyasıvə demarkasiyası prosesinə hazırlaşır.

Ermənistanın baş naziri Nikol Paşinyan son günlərədək"Azərbaycan hərbi əməliyyatlara başlaya bilər" ifadəsinitəkrarlayaraq, erməniləri yeni hərbi əməliyyatın mümkünlüyü iləqorxutmaqla yanaşı, öz merkantil siyasi maraqlarını təmin etməyəcan atır.

İrəvandakı hakimiyyətin məqsədi müharibənin mümkünlüyündən bəhsedərək, ABŞ, Fransa və Avropa İttifaqından mümkün qədər çox yardım,silah-sursat, hərbi texnika və maliyyə almaqdır.

Nikol Paşinyan ölkəsinin təhlükəsizliyinin təminatı üçün Qərbdəndəstəyə zərurət duyduğunu, Rusiya ilə indiyədək mövcud olmuşmünasibətlər sisteminin yaranmış çağırışların öhdəsindən gələbilmədiyini, risklərin zərərsizləşdirilməsi üçün zəruri səviyyədəolmadığını vurğulayır.

"Müharibə ola bilər" ifadəsi də Ermənistanın Vaşinqton, Paris vəBrüssel qarşısında üzərinə götürdüyü öhdəliklər məcmusunu yerinəyetirmək üçün "gərəkli" geosiyasi - uydurma da olsa - əsasyaradılmasına xidmət edir.

Halbuki Ermənistanda işğalda qalmış 7 kəndimizin azad edilməsiAzərbaycanla Ermənistan arasındakı sərhədin müəyyənləşdirilməsininəsas şərtidir.

Dünənsə hökumətlərarası komissiya Qazax rayonunu 4 kəndininişğaldan azad edilərək, Azərbaycana qaytarılması ilə bağlırazılaşma əldə edib. Söhbət Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimlivə Qızılhacılı kəndlərindən gedir.

Mayın 15-dək Azərbaycanla Ermənistan arasında protokolimzalanacaq, həmin kəndlər ətrafında Azərbaycanla Ermənistanınsərhədləri müəyyənləşdirilərək dəqiqləşəcək.

Azərbaycanla Ermənistan orada paralel olaraq sərhəd və gömrükstrukturlarını yerləşdirəcəklər.

Ən əsası, Bakı və İrəvan 1991-ci il tarixli Alma-Atabəyannaməsini iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsiüçün əsas qismində qəbul edirlər.

Bəyannamə əsas sayılacaq: ya onun şərtləri AzərbaycanlaErmənistan arasındakı sülh sazişində əks olunacaq, ya da tərəflərbununla bağlı ayrıca sənədi imzalayacaqlar.

Belə olarsa, daha bir “ilk” yaşanacaq: Azərbaycan işğal edilmişərazilərini danışıqlar prosesi ilə azad edərək geri qaytaran ilkpostsovet ölkəsi olacaq.

4 kəndimizlə bağlı situasiya Azərbaycanla Ermənistan arasındayekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesin dəaktivləşməsinə səbəb olacaq önəmli amildir.

Ən azı ona görə ki, sərhədinin Azərbaycanla razılaşdırılmış vəmüəyyənləşdirilmiş hissəsinə nail olacaq Ermənistan xaricisiyasətində daha aktiv olmaq imkanlarına yiyələnməklə yanaşı,daxili siyasətində əlavə təsir rıçaqları əldə edəcək.

Göründüyü kimi, rəsmi Bakı qarşısına qoyduğu məqsədlərə doğruqətiyyətlə, tələsmədən və inamla irəliləyir.

Dünənki hadisənin kölgədə qalan, amma çox önəmli məqamlarındanbiri, fikrimizcə, Ermənistanın məlum qərarı qəbul etməsində Qərbinrolunun hansı dərəcədə olmasıdır.

Aprelin 5-də Brüsseldə keçirilmiş görüşdə müzakirə edilənmövzuları və qəbul edilmiş sənədin bəndlərini xatırlasaq,Vaşinqton-Paris-Brüssel triosunun prosesin məhz onlarınmənafelərinin tam təmin olunacağı məcrada getməsində maraqlıolduqlarını unutmayaq.

Rəsmi Bakı həmin planlara korrektələrə Qərbi vadar etdi -rasional siyasəti, prinsipial mövqeyi və müstəqil diplomatiyasıilə. Məhz bu səbəbdən ABŞ və Avropa İttifaqı dünən əldə edilmişrazılaşmanı bölgədə praqmatizmin nişanəsi sayır, lakin özniyyətlərinin məcburi transformasiyaya uğradılmasını etirafetmirlər.

Qarabağ problemini “dondurulmuş münaqişə”yə döndərmək vəAzərbaycan ərazilərinin 20 faizini erməni işğalında saxlamağaçalışan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaramaz fəaliyyətinisonradan Vaşinqton, Paris və Brüssel davam etdirməyə, sünigərginlik yaratmaq vasitəsilə öz maraqlarını təmin etməyəçalışmışdılar.

Fransa bu prosesdə xüsusi aktiv idi və indi də fəaldır. Məhzrəsmi Paris Azərbaycanın guya yeni hərbi əməliyyatlara hazırlaşmasıilə bağlı propaqanda aparır, həmin narrativi Ermənistanın siyasielitalarına da təkrarladır.

Fəqət, Emmanuel Makronun hazırladığı ssenari iflasa uğradı,propaqanda heç bir nəticə vermədi və Azərbaycan 4 kəndini bir atəşbelə açılmadan azad etdi.

Dünən Bakı və İrəvanın nümayəndə heyəti şərti dövlət sərhədindəməhsuldar görüş keçirdilər.

Azərbaycanın təklif və təkid etdiyi formatda, üçüncü tərəf,vasitəçi olmadan.

Deməli, Bakı və İrəvan hər hansı moderatorlar, əcnəbivasitəçilər kimi süni nüanslar olmadan müzakirələr apararaq,məntiqi nəticə əldə edə bilərlər.

Ümid edək ki, bu proses davamlı olacaq.

Seçilən
53
4
Mənbələr
Şərh ()
Bağla