AZ

“Qarabağ”la matç öncəsi itkiylə üzləşdi

"Qəbələ” Misli premyer-liqasının 31-ci turunun “Qarabağ”la keçiriləcək səfər görüşünün hazırlıq prosesini başa vurub. 

Klubun mətbuat xidmətindən “Football-plus.az”a verilən məlumata görə, iki futbolçu komandanın məşqinə qatılmayıb. Söhbət Ülvi İsgəndərov və Klesio Baukdan gedir. Oyunçular zədə səbəbindən hazırlıq prosesində iştirak etməyib.
Qeyd edək ki, aprelin 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşması saat 16:30-da başlayacaq.

Seçilən
124
4
Mənbələr
Şərh ()
Bağla