AZ

Orxan Məmmədov vacib oyundan əvvəl “Zirə”ni ziyarət etdi

Misli Premyer Liqasının 31-ci turunda “Neftçi”ni qəbul edəcək “Zirə”nin oyunöncəsi son məşqini klub rəhbərliyi də izləyib.

Klubun İdarə Heyətinin sədri Orxan Məmmədov, prezidenti Taleh Nəsibov və digər rəhbər şəxslər məşqdən əvvəl komanda üzvləri ilə görüşüb, daha sonra isə hazırlığı izləyiblər.

Qeyd edək ki, bu gün keçiriləcək “Zirə” – “Neftçi” oyunu ikincilik uğrunda mübarizə baxımından hər iki komanda üçün vacibdir. Hazırda 4-cü pillədə qərarlaşan “Zirə” qalib gəlsə, 2-ci yerə yüksələcək. 3-cü yerdə olan “Neftçi” isə heç-heçə etməklə də 2-ci pilləni ələ keçirə bilər.

Oyun saat 19:00-da başlayacaq.

blank
Seçilən
27
2
Mənbələr
Şərh ()
Bağla