AZ

Azərbaycanda İLK - Məktəblilər dəniz suyunu içməli suya çevirməyin yeni metodunu KƏŞF ETDİLƏR – FOTO 

Aərbaycanda məktəblilərin bilik və bacarıqlarını üzə çıxarmaq üçün bir çox müsabiqə və yarışlar keçirilir. Artıq 13-cü dəfə keçirilən “Sabahın alimləri” müsabiqəsi də bu məqsədə xidmət edir. Hər il yüzlərlə məktəblinin iştirak etdiyi müsabiqədə qalib olan şagirdlər müəllifləri olduqları layihə ilə Amerika Birləşmiş Ştatlarında çıxış edirlər.

Bu il də aprel ayının 17-də “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin açılışı olub.

Bir neçə gün ərzində davam edən müsabiqədə şagirdlərin təqdim etdikləri layihələri sərgilənir və qiymətləndirilir.

Alim olmaq, dünyanın problemlərinin həllində rolunun olacağını düşünən gənclər sərgidə öz layihələrini təqdim edir, təbiətə, elmə verəcəkləri töhfədən həvəslə və inamla bəhs edirlər.
O şagirdlərin bir neçəsi müsabiqəyə “Ankara məktəbi” məktəb-liseyindən qatılıblar.

Bizim.Media həmin liseyin şagirdləri, müsabiqə iştirakçıları XI sinif şagirdi Zeynəb Tağızadə və X sinif şagirdi Nikita Romanenko ilə tanış olub, layihələrinin məqsədi barədə söhbət edib.
Bəhs etdiyimiz bu iki şagird hazırda ölkəmizdə ən aktual məsələ olan dəniz suyunun təmizlənərək istifadə olunmasına nail olublar.

Zeynəb Tağızadə bildirib ki, bu layihədə məqsəd suya qənaət etmək və su qıtlığı probleminin həllinə kömək olmaqdır:

“Layihəmiz “Fertilizer of the Future” (Gələcəyin gübrəsi) layihəsidir. Biz sadəcə dəniz suyuna qurğuşun nitrat reaktivi əlavə edərək dəniz suyundan gübrəli su əldə edirik. Biz həmin reaktivi sadəcə olaraq dəniz suyuna qatırıq və qarışdıraraq bu suyu əldə edirik. 

Təcrübə aparmışıq, təcrübədə dörd gübrədən istifadə eləmişik. Yeddi gün ərzində suvarmışıq, bu yeddi gün ərzində çox dəyişiklik görməsək də, amma 23-cü gündə digər bitkilərin daha çox solduğunu, bizim öz suvardığımız bitkinin isə canlı, yaşıl şəkildə qaldığını görmüşük”.

Məktəbli bunun çox sərfəli olduğunu vurğulayıb:

“Bunun üstünlüyü ondan ibarətdir ki, bizim layihə iqtisadi cəhətdən çox sərfəlidir. Biz bir tonu sadəcə 70 qəpiyə əldə edə bilirik. Əgər dövlətlə əməkdaşlıq etsək, bu qiyməti 2-3 dəfə aşağı sala bilərik. Biz bu suyu suvarmada istifadə edəndə başqa heç bir gübrə lazım olmur. Çünki bu suyun tərkibində gübrə var. Bu suyu filterdən keçirsək içməli su kimi də istifadə edə bilərik”.




Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media 

Seçilən
30
50
Mənbələr
Şərh ()
Bağla