AZ

Ərəb mediası Ermənistanın 4 kəndi Azərbaycana qaytarması barədə xəbərlər dərc edib

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazax rayonunun 4 kəndinin Bakının suverenliyinə qaytarılması üzrə əldə olunmuş razılaşma ərəb ölkələri mediasının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, İraqın “Avsat”, Misirin Əl-Əhram və Əl Qahirə, Qətərin “Aşarq”, Birləşmiş Ərəb Əmirliklərinin “Şarjah24”, “Əl İttihad”, “arab21”, Böyük Britaniyada nəşr olunan “Əl Qüds”, Səudiyyə Ərəbistanının “Ər Riyad”, Livanın “Lebanon24”, İordaniyanın “Ammonnews”, “Əl Mayaden” qəzet və portallarında dərc olunmuş materiallarda Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası prosesini 1991-ci il Alma-Ata bəyannaməsinə uyğun həyata keçirdikləri və artıq 4 kəndin Bakının suverenliyinə qaytarılması diqqətə çatdırılıb.

Ərəb mediası vurğulayıb ki, komissiyaların ilk razılaşması iki ölkə arasında davamlı sülhə nail olunmasında mühüm addımdır. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi davam edir və onun nəticələri Cənubi Qafqazda möhkəm sülhün və təhlükəsizliyin bərqərar olunmasında böyük əhəmiyyətə malikdir.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla