Niderland Kralliğı Futbol İttifaqının (KNVB) Lisenziya Komitəsi “Vitess”in 18 xalını silib.
News24.az İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Arnhem klubu saytı açıqlama yayıb.
Belə qərarın çıxarılmasına səbəb “Vitess”in lisenziya tələblərini pozmasıdır. Klub komitəyə qeyri-dəqiq hesabatlar təqdim edib.
Qeyd edək ki, 30 turdan sonra 17 xal toplayan “Vitess”in cəza aldıqdan sonra hesabında -1 xal var.