AZ

Azərbaycanda ilk dəfə kardiologiya üzrə kurslar təşkil edilib

Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən aprelin 19-21-də Bakıda I Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir.


İnstitutdan Aztibb.az-a verilən məlumata görə, qurultay çərçivəsində aprelin 19-də Azərbaycanda ilk dəfə kardiologiya üzrə kurslar təşkil olunub.

 

"Ürək-damar xəsətliklərində kardiak görüntüləmə” kursu zamanı ürək-damar xəstəliklərinin diaqnostikasında MRT görüntüləmə, kardiak KT angioqrafiya kimi müasir üsulların effektivliyi və əhəmiyyəti interaktiv şəkildə müzakirə edilib.

 

Xarici həkimlərin iştirakı ilə baş tutan “Ürək qapaq xəstəliklərində yeniliklər: transkateter aorta qapağı implantasiyası (TAVI)” adlı kursda qapaq xəstəliklərinin açıq cərrahi müdaxilə olmadan invaziv üsulla açıq cərrahi əməliyyat olmadan bərpası, transkateter aorta qapağının implantasiyası (TAVI simulyasiyası) nümayiş olunub.

Beynəlxalq qurultay öz işini elmi sessiyalarla davam etdirib.


Qeyd edək ki, I Türk Dövlətləri Kardioloji Qurultayının rəsmi açılış mərasimi aprelin 20-də keçiriləcək.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla