AZ

Elçi getdiyi qızın qardaşını güllələdi

Türkiyənin Kayseri şəhərində elçilik mərasimində silahlı insident baş verib.

Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə zamanı 1 nəfər yaralanıb.

Məlumata görə, elçiliyə gedən şəxslə qızın ailəsi arasında naməlum səbəbdən mübahisə yaranıb.

Mübahisənin daha da şiddətlənməsindən sonra sözügedən şəxs özü ilə gətirdiyi ov tüfəngi ilə qızın qardaşını güllələyib və qaçıb.

Yaralı təcili yardımla xəstəxanaya aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
19
publika.az

10Mənbələr