AZ

Xavinin yerini o da tuta bilər

Xavi Ernandesin mövsümün sonunda “Barselona”dan ayrılmaq qərarına gəldiyi hamıya məlumdu.

Amma rəhbərlik onu bu fikrindən daşındırmağa çalışır. İspaniyalı mütəxəssis qərarını dəyişməsə, baş məşqçi vəzifəsinə bir sıra namizədlərdən sonar Rafael Markes də təyinat ala bilər. Bunu “Sport” qəzeti xəbər verib. Markes hazırda “Barselona”nın gənclərdən ibarət komandasını çalışdırır. Yeri gəlmişkən, meksikalı sabiq müdafiəçi 2003-10-cu illərdə kataloniyalıların formasını daşıyıb. 45 yaşlı mütəxəssis “Barselona”nın gənclərdən ibarət komandasına 2022-ci ildən başçılıq edir.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla