AZ

9 qız şagirdə təcavüz edən lisey direktoru HƏBS EDİLDİ

9 qız şagirdə təcavüz edən lisey direktoru HƏBS EDİLDİ

Türkiyədə lisey direktoru 9 qız şagirdə təcavüz etdiyi səbəbiylə həbs edilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Bir müddət əvvəl bəzi şagirdlərə cinsi xarakterli hərəkətlər etdiyi iddiası ilə saxlanılan məktəb direktoru daha əvvəl məhkəmə tərəfindən polis nəzarəti altında azadlığa buraxılıb.

Davam edən araşdırma zamanı başqa bir şagird məktəb direktorundan şikayət edib. Prokurorluğun qərarı ilə yenidən saxlanılan direktor məhkəməyə sövq edilib.

Qərara əsasən, 9 tələbəyə təcavüz etdiyi iddia edilən şübhəli, növbətçi Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilib

Məsələni yaxından izləyən vəkillər məhkəmənin qərarının doğru olduğunu və razı qaldıqlarını bildiriblər.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla