AZ

Xaçmazda "Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi" mövzusunda təlim keçirilib 

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının akt zalında "Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi" mövzusunda növbəti təlim keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki. təlimdə azyaşlı uşaqlar, hamilə və zahı qadınların patronaj xidmətinin təşkili və nəzarətin təmin edilməsi üzrə zona üzrə kurator və təlimçilər çıxış ediblər.
 
Təlim Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının patronaj xidmətinin cavabdeh məsul şəxsləri mama-ginekoloqlar, pediatrlar, tibb bacıları və mamaların iştirakı ilə keçirilib.
 
Açılış nitqi ilə çıxış edən zona üzrə baş kurator həkim - pediatr Günel Nəcəfzadə ilkin səhiyyə xidmətinin gücləndirilməsi perspektivləri, azyaşlı uşaqlar, hamilə və zahı qadınlara göstərilən patronaj xidmətlərinin universal proqressiv modelinin tətbiqinin gücləndirilməsi haqqında çıxış edib və təlimlərin davamlı olmasını bildirib.
 
Təlim iştirakçılarına erkən uşaqlıq dövrünün dəstəklənməsi və patronaj xidmətində tibb bacılarının yeni rolu barədə məlumat verilib.
 
Təlim azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti (patronaj) xidməti, problemlə nəticələnə bilən risklərin vaxtında aradan qaldırılması və əhəmiyyətli dərəcədə azaltmaq, yaranmış problemi müəyyən etmək və istiqamətləndirmək məqsədilə aparılır.
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla