AZ

Yanvar-mart aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 250 daşınmaz əmlak alıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Qazaxıstan vətəndaşlarıTürkiyədə 250 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilineyni dövrü ilə müqayisədə 159 obyekt azdır.

Trend-in TurkicWorld-ə istinadənxəbərinə görə, bu barədə Türkiyənin Torpaq Kadastrı və DaşınmazƏmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Bildirilib ki, bu ilin mart ayında Qazaxıstan vətəndaşlarıTürkiyədə 72 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin mart ayıilə müqayisədə 49 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyədə 105 min 394mənzil satın alınıb ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə0,1 faiz azdır.

Məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyədə 279min 604 mənzil satın alınıb.

"Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faizazdır", - deyə nazirlikdən qeyd edilib.

2024-cü ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 778mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə47,9 faiz azdır.

Eyni ilin yanvar-mart aylarında əcnəbi vətəndaşlar Türkiyədən 5min 685 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə48 faiz azdır.

Seçilən
109
29
Mənbələr
Şərh ()
Bağla