AZ

"Zirə" derbiyə 3 itki ilə çıxacaq

Bu gün Misli Premyer Liqasının XXXI turunda "Zirə" "Neftçi" ilə qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, "qartallar" derbiyə 3 itki ilə çıxacaq. Pyer Zebli cəzalı olduğu üçün "Neftçi"yə qarşı oynamayacaq. Filipe Paxtman və Cibrila İssa isə bu matçı zədə səbəbindən kənardan izləyəcəklər.

Qeyd edək ki, qarşılaşma saat 19:00-da start götürəcək. 

Seçilən
106
Mənbələr
Şərh ()
Bağla